Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“QAYNAR XƏTT”Ə MÜRACİƏT EDƏNLƏRİN NƏZƏRİNƏ!

1. Bu “Qaynar xətt” hüquqi məsləhətlərin verilməsi üçün deyil, vəkillərin qanunsuz, peşə etikasından kənar hərəkətlərindən, habelə vəkil adından qanunsuz istifadə halları barədə şikayət etmək üçün nəzərdə tutulmuşdur.

2. “Qaynar xətt”ə daxil olan şikayətlər qeydə alınaraq araşdırılır və bir qayda olaraq araşdırmanın nəticəsi barədə şikayətçiyə məlumat verilir.

3. Nəzərə alınmalıdır ki, hər şikayət ilə bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil barəsində intizam tədbiri seçiləcəyi şərt deyil.

4. Hər bir halda vəkil barəsində şikayət əsaslandırılmış olmalıdır.

5. Bir qayda olaraq anonim şəkildə edilmiş şikayətlərə baxılmır, bununla bərabər, “Qaynar xətt”ə zəng edən şəxsin anonimliyinə təminat verilir.

6. “Qaynar xətt”ə zəng edən şəxs hər bir halda öz şəxsiyyətini və əlaqə nömrələrini bəyan etməlidir.

7. “Qaynar xətt”in əməkdaşları şikayətçilərə dair fərdi məlumatların mühafizəsinə təminat verir.

8. Zərurət olduğu təqdirdə, “Qaynar xətt”ə zəng edən şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün onun şəxsiyyətini müəyyən edən sənədin nüsxəsi tələb oluna bilər.

9. “Qaynar xətt”ə zəng edən şəxs tərəfindən “Qaynar xətt”də çalışan işçiyə üçüncü şəxslərə dair fərdi məlumatların ötürülməsinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsuliyyət daşımır.