Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ RƏYASƏT HEYƏTİNİN MƏLUMATI – TƏKZİB

05 iyun 2018    2476

Bir sıra kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüş və hal-hazırda həbsdə saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyətinin başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə məlumatlar yayılmışdır.

Qeyd olunan ittihamlar ilə bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin mətbuat xidməti bildirir ki, vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova ilə müqavilə bağlanılmış, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkil İlhamə Həsənova ilə Saleh Rüstəmovun görüşü olmuşdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir.