Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərdən ibarət “Advokat” futbol komandası Polşada beynəlxalq futbol turnirində iştirak edəcəkdir

07 iyun 2018    2132

İyunun 9-da Polşa Respublikasının Qdansk şəhərində Polşa Vəkillər Kollegiyasının yaranmasının 100 illik yubilieyinə həsr olunmuş vəkillər arasında beynəlxalq futbol turniri keçiriləcəkdir. Turnirdə Avropa Birliyi regionundan olan vəkillər kollegiyalarının komandalarından başqa, MDB məkanından Belarus və Azərbaycan vəkillər kollegiyalarının komandaları da iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası turnirdə “Advokat” futbol komandası ilə təmsil olunacaqdır. Səfərin təşkili ilə bağlı komandaya Vəkillər Kollegiyası və yerli hüquq şirkətlərindən PSG hüquq firması tərəfindən dəstək verilmişdir.

Vəkillərdən ibarət komandamıza səfərdə uğurlu nəticələr əldə etmələrini və sağ-salamat vətənə qayıtmalarını arzu edirik!

Vəkillər Kollegiyasının Rəyasət Heyəti