Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR VƏ VƏKİLLİYƏ NAMİZƏDLƏR ÜÇÜN BEYNƏLXALQ FUTBOL TURNİRİNDƏ İŞTİRAK İLƏ BAĞLI ELAN

10 iyul 2018    1229

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına futbol komandası Litvanın Vilnüs şəhərində cari ilin sentyabr ayının 8-də keçiriləcək ənənəvi 5-ci “Eurolawyers futbol turniri”ndə iştirakla bağlı dəvət göndərilmişdir. Həmin beynəlxalq turnirdə iştitak etmək istəyən və aşağıdakı meyarlara cavab verən vəkil və vəkillərin icbari təliminə cəlb edilimş vəkilliyə namizəd həmkarlarımız (050)3333343 Whatsapp nömrəsi vasitəsilə iyulun 20-dək bizə müraciət edə bilərlər:

1.    Hal-hazırda vaxtaşırı futbol oynayan, habelə futbolçu kimi iddialı və bacarıqlı olduğunu düşünən;
2.    Təxminən 600-700 ABŞ dolları məbləğində səfər xərclərini qarşılamağa hazır olan vəkil və icbari təlimə cəlb edilmiş vəkilliyə namizədlər.