Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Azərbaycan Vəkili" Jurnalının 15-ci sayı çıxmışdır

21 iyul 2018    1290

Hörmətli oxucular!

Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 15-ci sayı işıq üzü görmüşdür. Nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış ediləcəklər ki, bura əməkdar hüquqşünas Müzəffər Ağazadənin CM-in 264-cü maddəsi ilə bağlı mübahisəli məsələlərə dair, vəkilliyə namizəd İntiqam Hacıyevin vəkillik fəaliyyətinin ixtisaslaşdırılması, vəkilliyə namizəd Anar Əsədovun hasilatın pay bölgüsü haqqında saziş, hüquqşünas Aygün Məmmədovanın publik hüquqi şəxs və s. bu kimi məsələlərə həsr olunmuş yazıları daxildir.
 
Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər office@barassociation.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir.

Qeyd olunmalıdır ki, Jurnal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının maliyyə dəstəyi ilə işıq üzü görmüş, Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur. 
 
Qeyd: Jurnalın bu sayı yaxın günlər ərzində elektron bazaya yerləşdiriləcək və bu linkə daxil olaraq yüklənilə bilinəcəkdir.