Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar

24 sentyabr 2018    1196

Yeni qəbul olunmuş vəkillərin nəzərinə!

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.

Bunu nəzərə alaraq, 12.10.2018-ci il və 19.10.2018-ci il tarixlərində yeni təyin olunmuş vəkillər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 7 oktyabr 2018-ci il tarixədək iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Tədbirin keçiriləcəyi yer barədə əlavə məlumat veriləcəkdir.

Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.