Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübə” mövzusunda təlim

11 oktyabr 2018    1230

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur. 

Bunu nəzərə alaraq, 26-28.10.2018-ci il tarixlərində (2 günlük) 1-ci qrup (20 vəkil) və 02-04.11.2018-ci il tarixlərində (2 günlük) 2-ci qrup (20 vəkil) vəkillər üçün “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübə” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Seminarlar ölkənin regionlarından birində keçiriləcək və yeri barədə daha sonra iştirakçılara məlumat veriləcəkdir. 

Qeyd edək ki, seminarlarda ekspert qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü cənab Sahib Məmmədovun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 23 oktyabr 2018-ci il tarixədək  iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.