Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

03 noyabr 2018    457

Noyabrın 2-də Belarusun paytaxtı Minskdə Belarus Respublikasının Vəkillər Kollegiyası və Rusiya Vəkillərinin Federal Palatası tərəfindən təşkil olunmuş “Dövlət və vəkillik: qarşılıqlı əlaqə yolları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Belarus, Rusiya, Qırğızıstan, Moldova, Latviya, Ukrayna və Gürcüstan vəkillər kollegiyalarının rəhbərliyi, o cümlədən bir çox ölkədən vəkillər, habelə Belarusun ədliyyə nazirinin müavini, Belarus Baş prokurorunun müavini iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədi Anar Bağırov və kollegiyanın üzvü, "Kəngərli və Partnyorları" vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən təmsil olunmuşdur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransda “Azərbaycanda vəkillik sahəsində islahatlar: hədəflər” mövzusunda təqdimatla çıxış etmiş, vəkilliyin inkişafı və nüfuzunun artırılması, bu istiqamətdə görülmüş işlər və planlaşdırılmış tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, Sərəncamda qeyd olunmuş tapşırıq və tövsiyələrin icrası ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Qeyd olunmalıdır ki, konfrans çərçivəsində sədr Anar Bağırovun iştirakçı dövlətlərin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşləri də keçirilmişdir.

Tədbirdə həmçinin, digər ölkələrin vəkillər kollegiyalarının rəhbərləri və vəkillərinin müxtəlif mövzularda çıxışları dinlənilmiş, sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.