Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Siyəzən rayonunun əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

05 noyabr 2018    541

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 8 noyabr 2018-ci il tarixdə bir qrup vəkil tərəfindən Siyəzən rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım göstərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Bayrağı gününə həsr edilmiş tədbir saat 10:00-dan 13:00-dək davam edəcəkdir.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.