Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: KOMMERSİYA MEDİASİYASINA HƏSR OLUNMUŞ BEYNƏXLALQ KONFRANS - YERLƏR MƏHDUDDUR

31 dekabr 2018    418

10 yanvar 2019-cu il tarixində, Hyatt Regency otelinin Quba zalında"Kommersiya mediasiyası və mübahisələrin həlli sistemlərinin qurulması" mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Konfrans Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mübahisələrin Alternativ Həlli Komitəsinin təşkilati dəstəyi və AmCham-ın (Azərbaycandakı Amerika Ticarət Palatası) informasiya dəstəyi ilə keçiriləcəkdir. Konfransda ABŞ-ın və Avropanın ən aparıcı mübahisələrin həlli mərkəzlərinin mediatorları və mübahisələrin həlli üzrə ekspertlərin iştirakı nəzərdə tutulur.

Konfrans 2 hissədən ibarət olacaqdır: səhər sessiyası və 14:00-17:30 arası baş tutacaq günorta sessiyası.

Vəkillər üçün nəzərdə tutulmuş günorta sessiyası: bu sessiya zamanı işlərin mediasiyaya yönəldilməsi barədə təqdimat və vəkillər tərəfindən tərəflərin mediasiyada təmsil edilməsi barədə müzakirələr aparılacaq, mediasiyanın vəkillər üçün faydaları müzakirə ediləcəkdir.

Konfrans ingilis dilində keçiriləcək, Azərbaycan dilinə sinxron tərcümə isə təmin ediləcəkdir.

Konfransda iştirak etmək istəyən vəkillər öz email ünvanlarından info@arbme.org ünvanında 4 yanvar 2019-cu il tarixinədək müraciət etmək lazımdır. Konfransda iştirakınız təsdiqi barədə 48 saat ərzində Sizə məlumat göndəriləcəkdir.

Növbəti konfrans təxminən 2019-cu ilin ortalarında təşkil ediləcək və arbitraj mövzusuna həsr ediləcəkdir.