Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: ABŞ-LI HÜQUQ PROFESSORU VƏKİLLƏR ÜÇÜN SAHİBKARLIQ HÜQUQU ÜZRƏ SEMİNAR KEÇİRƏCƏKDİR - YERLƏR MƏHDUDDUR

04 yanvar 2019    201

ABŞ Ali Məktəblərinin Azərbaycanlı Məzunları Assosiasiyasının (US-Educated Azerbaijani Alumni Association) idarəçiliyi və ABŞ Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində 09.01.2019-cu il tarixdə saat 11:00-da Vəkillər Kollegiyasının inzibati binasında vəkillər üçün sahibkarlıq hüququ mövzusunda 3 saatlıq seminar keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Alumni MAX Speaker proqramı çərçivəsində ölkəmizdə səfərdə olan və "Bakı Hüquq Mərkəzi" MMC-nin partnyoru Mətin Əsgər tərəfindən ölkəmizə dəvət olunmuş Sent-Louis Universitetinin professoru Patricia H.Lee tərəfindən aparılacaq seminarda “Vergilər Məcəlləsində kiçik sahibkarlığın təşviqinə dair nəzərdə tutulan normalar”, “Sadələşdirilmiş vergi ödəyiciləri üçün mədudiyyətlər” və s. mövzularda müzakirələr aparılacaqdır.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 7 yanvar 2019-cu il tarixədək iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) iştirak niyyətləri barədə məktub göndərə bilərlər.

Qeyd: Seçim müraciətlərin xronoloji ardıcıllığı ilə müəyyən olunacaqdır. Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.