Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: VƏKİLLƏR KOLLEGİYASININ VOLEYBOL KOMANDASININ YIĞILMASI İLƏ BAĞLI

11 mart 2019    383

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz üzvləri arasında sosiallaşmanın təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu kimi təbdirlər qismində ötən ildən etibarən vəkillər qurumları arasında futbol yarışlarının təşkili, Vəkillər Kollegiyasının futbol yığmasının beynəlxalq turnirlərdə iştirakı və s. sosial tədbirlərin adını çəkmək olar.

Qeyd olunan təbdirlər qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz üzvlərindən ibarət voleybol komandasının formalaşdırılması ilə bağlı qərara gəlmişdir. Kişilərdən təşkil olunacaq komanda hüquq sistemində fəaliyyət göstərən digər təşkilatların voleybol komandaları ilə yarışlarda iştirak edəcək, müxtəlif regional və beynəlxalq turnirlərdə iştirak edəcəkdir.

Hörmətli vəkillər!

Kollegiyanın voleybol komandasına cəlb olunmaq arzusunda olan və seçimlərdə iştirak etmək istəyənlər, Kollegiyanın üzvü, vəkil Hikmət Xəlilova aşağıdakı nömrələr vasitəsilə müraciət edə bilərlər.

+994513777775
+994705725314