Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin məlumatı

27 fevral 2018    3246

Hörmətli vəkillər!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı Sərəncamda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ölkədə vəkillik institutunun inkişafı məqsədi ilə bir sıra tövsiyələr yer almışdır. Bu tövsiyələrdən biri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi ilə bağlıdır. 
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində çoxfunksiyalı elektron məhkəmə portalı yaradılmış və istifadəyə verilmişdir. Bu portalın müsbət xüsusiyyətlərindən biri vətəndaşların, o cümlədən vəkillərin iddia ərizələrini, əlavə etdikləri sübutları və digər sənədləri məhkəmələrə getmədən, elektron formada göndərmək, habelə dövlət rüsumlarının elektron ödənişi imkanlarının mövcud olmasıdır.
Bu qabaqcıl sistemdən istifadə edərək vəkillərin gündəlik olaraq işə sərf etdikləri vaxta və xərclərə qənaət etmələri məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən vəkillərin Asan İmza ilə təmin edilməsi üçün əməkdaşlıq etməkdədir.
Bu məqsədlə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bütün vəkillərdən şəxsiyyət vəsiqələrinin skan versiyalarını və əlavədə olan excel faylı dolduraraq sanan.shirinov@barassociation.az elektron ünvanına göndərmələrini xahiş edir.

Faylı yükləyin