Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası orqanlarının qadın üzvləri Kollegiya rəhbərliyi tərəfindən təbrik edilmişdir

07 mart 2018    1738

Dünən Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının, o cümlədən Rəyasət Heyəti Aparatının qadın üzvlərinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Vəkillər Kollegiyasının rəhbərliyi tədbirdə iştirak edən xanımları təbrik etmiş, onlara hədiyyələr təqdim edilmişdir.
 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov fürsətdən istifadə edərək Vəkillər Kollegiyasının qadın üzvlərinin timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdiyini, onlara cansağlığı, səadət və işlərində uğurlar arzu etdiyini bildirmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin 25 faizini qadınların təşkil etməsinin çox sevindirici hal olması, ictimai həyatın bütün sahələrində qadınların sayının artmasının, bu baxımdan gender balansının təmin olunmasının zəruriliyi sədr tərəfindən xüsusi vurğulanmışdır.

Tədbirin sonunda qonaqlarla xatirə fotosu çəkilmişdir.