Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASI 10 İLLİYİNİ QEYD EDİR

09 aprel 2018    1023

Bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yaranmasından 10 il ötür.
Məlum olduğu kimi, 10 il öncə - 9 aprel 2008-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2-ci maddəsinin I hissəsinə və Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinin VI hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilmişdir.
Eyni zamanda qeyd olunmalıdır ki,“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir.
Hazırda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının 21 üzvü var və onlar bütün ölkə ərazisində yüksək keyfiyyətli hüquqi yardım göstərməklə vəkillik fəaliyyətini həyata keçirirlər.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının rəhbərliyini və bütün üzvlərini təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzu edir.