Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

TƏDRİS

DAVAMLI TƏDRİS

Vəkillər üçün keçirilməsi nəzərdə tutulan təlimlərin siyahısı
 

1. Ədliyyə Akademiyasında "Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması" mövzusunda təlim
    Tarix: 21.02.2019-cu il tarixdə, saat 09:00-da
    Təlimçilər: Rafael Eyvazov – Bakı Apellyasiya Məhkəməsinin hakimi
                     Yaqub Məmmədli – Vəkillər Kollegiyasının üzvü
                     Sima Yaqubova – Vəkillər Kollegiyasının üzvü
                     Qalib Məmmədov – Vəkillər Kollegiyasının üzvü

2. Baku Park Inn Mehmanxanasında "İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması" mövzusunda təlim
    Tarix: 22.02.2019-cu il tarixdə, saat 09:30-da
    Təlimçilər: Rafael Eyvazov – Bakı Apellyasiya Məhkəməsinin hakimi
                     Elçin Usub – Vəkillər Kollegiyasının üzvü

3. Hilton Baku Mehmanxanasında "Avropa İnsan hüquqları Məhkəməsinə müraciət şərtləri və qaydası" mövzusunda təlim
    Tarix: 27.02.2019-cu il tarixdə, saat 10:00-da
    Təlimçilər: Oktay Məhərrəmov – Vəkillər Kollegiyasının üzvü
                     Sadiq Bağırov – Vəkillər Kollegiyasının üzvü
                     Gülnaz Ələsgərova – Bakı Dövlət Universitetinin müəllimi

Qeyd: Təlimlərdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu təlimin adı göstərilməklə Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra təlimə seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin təlimdə iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək təlimlərdə iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.