Bu gün Bakının Hilton Mehmanxanasında Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərlərinin də iştirak etdiyi “Mülkiyyət hüququ” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Məhkəməsinin presedent praktikasının milli məhkəmələr tərəfindən öyrənilməsinin əhəmiyyəti, mülkiyyət hüququnun müdafiəsi məsələlərinə məhkəmələr tərəfindən hər zaman həssaslıqla yanaşılması barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa Məhkəməsinin presedent praktikasının formalaşmasında vəkilliyin rolu barədə çıxış etmişdir. Bildirilmişdir ki, Avropa Məhkəməsində ölkəmiz üzrə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı işlərin əksər hissəsində təmsilçi qismində Vəkillər Kollegiyasının üzvləri çıxış edirlər.
Konfransda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov, Bolqarıstandan olan hakimi Yanko Qrozev, Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyinin baş hüquqşünası Xəqani Quliyevin məruzələri dinlənilmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun çıxışının video yazısına baxmaq üçün: