Vəkil olmaq üçün namizədlər:
- ali hüquq təhsilli olmalı;
- hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajına malik olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmiş olmalı;
- İxtisas Komissiyası tərəfindən peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə keçirilən yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verməli;
- müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməlidir.
Aşağıdakı şəxslər vəkil ola bilməzlər:
- ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
- qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər;
- qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan şəxslər;
- qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.
• Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunurlar
• Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
İXTİSAS İMTAHANININ YAZILI TEST MƏRHƏLƏSİNDƏ İŞTİRAK ÜÇÜN MÜRACİƏT QAYDASI
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 10 iyul 2024-cü il tarixli qərarı ilə namizədlərin sənəd qəbulu elektron qaydada həyata keçirilir.
Qeyd: Həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 25 sentyabr 2024-cü il tarixli qərarı ilə Kollegiya üzvlüyünə qəbulla bağlı imtahan xərclərinə sərf edilməsi üçün nəzərdə tutulmuş məbləğə dəyişiklik edilərək 300 manat müəyyən edilmişdir. Şəhid ailələri, müharibə veteranları, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş, habelə bu xəstəlikləri keçirmiş şəxslərə güzəşt tətbiq edilərək 150 manat müəyyən olunmuşdur.
Eyni zamanda, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmək istəyən sabiq vəkil və hakimlərə imtahan üçün ödəniş 150 manat müəyyən edilmişdir.
Ssenari:
Tapşırıqlar:
Sual 1:
Ananı təmsil edən vəkil tərəfindən ən düzgün ilkin hüquqi addım hansıdır?
A. Atanın uşaqla ünsiyyətinin tam qadağan edilməsini tələb etmək
B. Psixoloji ekspertiza vasitəsilə uşağın mənafelərinin qiymətləndirilməsini istəmək
C. Yazışmaları əsas sübut kimi təqdim edərək qərar tələb etmək
D. Qəyyumluq orqanının rəyini nəzərə almamağı xahiş etmək
Düzgün cavab: B
Sual 2:
Vəkil uşağın fikrini prosesdə necə təqdim etməlidir?
A. Uşağın dediklərini iddia kimi təqdim edilməsini təmin etməlidir
B. Valideynin mövqeyinə üstünlük verilməsini əsas götürməlidir
C. Uşağın fikrinin uyğun şəraitdə dindirilib mütəxəssis rəyi ilə təmin etməlidir
D. Uşağın emosional reaksiyalarının ayrıca sübut kimi qəbul edilməsinə istinad etməlidir
Düzgün cavab: C
Sual 3:
Təsvir olunmuş işdə hakimin valideynlik hüquqlarının məhdudlaşdırılmasının xeyrinə qərar verməsi üçün əsas rol oynaya biləcək sübutu seçin:
A. Uşağın çəkdiyi rəsmlər
B. Valideyn gündəliyi
C. Qəyyumluq və himayəçilik orqanının rəyi
D. Yazışmalar
Düzgün cavab: C
Sual 4:
Aşağıdakı prosesual addımları düzgün ardıcıllıqla düzün:
(1) Sübutların qəbuledilmə qabiliyyətinin qiymətləndirilməsi
(2) Qəyyumluq və himayəçilik orqanının cəlb edilməsi
(3) Psixoloji ekspertiza təyin edilməsi
(4) Uşağın fikrinin öyrənilməsi
Düzgün ardıcıllıq:
2 → 3 → 4 → 1
Sual 5:
Yaranmış situasiyada ailənin emosional yüklü olduğu nəzərə alaraq vəkil hansı davranışı seçməlidir?
A. Qarşı tərəfi psixoloji baxımdan zəif göstərməyə çalışaraq, onun davranışlarını qeyri-adekvat formada təqdim etmək.
B. Prosesdə üstünlük əldə etmək üçün uşağın emosiyalarını əsas müdafiə vasitəsi kimi istifadə etmək.
C. Tərəflər arasında gərginliyi artıran ifadələrdən uzaq duraraq, arqumentasiyanı prosessual əsaslara söykəndirmək.
D. Məhkəmə qarşısında mövqeni daha təsirli çatdırmaq üçün təqdimatı ictimai rəğbət və anlayış yaradacaq şəkildə qurmaq.