Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 32
Əlaqə telefonu: +994 12 594 99 85
Elektron poçt: legalaid.training@barassociation.az
Mərkəzin direktoru - Vəkillər Kollegiyasının üzvü Məmmədov Şahmar Elbrus oğlu
Mərkəzin direktor müavini - Vəkillər Kollegiyasının üzvü Qaziyeva Afət Aslan qızı
Mərkəzin tədris işləri üzrə koordinatoru - Vəkillər Kollegiyasının üzvü Sultanova Günay Bəşir qızı qızı