Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Qaydalar

Vəkilliyə qəbulla bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün onlayn qaydada müraciət etməlidirlər.

İlkin müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində “Vəkilliyə qəbul” bölməsinə daxil olunmalı, açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

Müraciət formasının 1-ci hissəsində xanalar doldurulduqdan və şəkil əlavə edildək sonra “davam et” düyməsini sıxırıq.

2-ci hissədə şəxsiyyət vəsiqəsinin məlumatları daxil edildikdən sonra növbəti pəncərəyə keçid üçün “davam et” düyməsini sıxırıq.

3-cü hissədə qeydiyyatda olduğunuz ünvan, faktiki yaşadığınız ünvan və əlaqə vasitələri doldurulur və növbəti pəncərəyə keçid edilir.

4-cü hissədə namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanında iştirakının mümkün olub-olmaması ilə bağlı xanalar doldurulmalıdır. Ən sonda “Məlumatların doğruluğunu təsdiq edirəm” xanasını işarələdikdən sonra “davam et” düyməsini sıxırıq.

5-ci hissədə imtiyazlı kateqoriyaya aid olmayan şəxslər “yox” xanasını, imtiyazlı şəxslər “var” xanasını işarələyir, daha sonra prioritetlər bölməsindən müvafiq kateqoriya seçilir və təsdiqedici sənəd “skan” formada keçid faylına əlavə olunur.

Daha sonra əmək fəaliyyətinizlə bağlı məlumatlar doldurularaq “davam et” düyməsini sıxırıq.

6-cı hissədə təhsil səviyyəsinin pillələri ilə bağlı məlumatlar ardıcıl olaraq əlavə edilir.

İlkin olaraq Bakalavar təhsili ilə bağlı məlumatlar, daha sonra təhsilin digər pillələri varsa müvafiq xanalar işarələnərək məlumatlar əlavə edilir və ya “yoxdur” xanası işarələnir.

Daha sonra ixtisas imtahanının test mərhələsində iştirakla bağlı şərtlərlə tanış olmaqla “Şərtləri qəbul edirəm” və “Məlumatların doğruluğunu təsdiq edirəm” xanaları işarələnərək “davam et” düyməsi sıxılmalıdır. Bundan sonra telefon nömrəsinə göndərilən OTP kodu açılan pəncərədə müvafiq xanaya əlavə edilir. Beləliklə, şəxsi kabinetinizə giriş üçün parol email ünvanınıza göndərilir və ilkin müraciətiniz təsdiq üçün əlaqələndirici şəxsə ünvanlanır.

Daha sonra “Vəkilliyə qəbul” bölməsinə geri qayıdaraq telefon nömrənizi və email ünvanınıza göndərilən parolu yazaraq şəxsi kabinetinizə daxil olursunuz. Şəxsi kabinetdə məlumatlarınız yoxlanıldığı üçün “Müraciət təsdiq gözləyir” aktiv olacaqdır. Məlumatlarınız təsdiq edildikdən sonra “ödəniş et” bölməsindən imtahan üçün nəzərdə tutulan ödəniş ödənilməlidir. Beləliklə, test imtahanında iştirak üçün müraciətiniz qeydiyyata alınır.

İmtahanda iştirak etmək istəmədiyiniz təqdirdə, imtahanın keçiriləcəyi tarixə 10 gün qalmışadək aktiv olacaq “təxirə sal” düyməsini tıklayaraq müraciətinizi təxirə sala bilərsiniz. Sual yarandıqda əlaqələndirici şəxsə müvafiq keçid vasitəsilə suallarınızı ünvanlaya bilərsiniz.

Namizəd imtahanla bağlı məlumatları şəxsi kabinet vasitəsilə izləməlidirlər.

Qeyd edirik ki, şəxsi kabinet bir dəfə yaradılır. Vəkilliyə qəbulla bağlı növbəti test imtahanlarında iştirak üçün şəxsi kabinet vasitəsilə “Yeni müraciət” bölməsinə daxil olaraq müraciət edə bilərsiniz.