Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Saxlanmaya dair standartlar və məhkəmə zəmanətləri” mövzusunda təlim keçirilmişdir

02 iyun 2018    3207 share share

Vəkillər tərəfindən göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə Vəkillər Kollegiyası üzvlərinin peşə hazırlığının və ixtisasının artırılması istiqamətində aparılan tədbirlər davam etməkdəir.

29-31 may tarixlərində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ədliyyə Akademiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Vəkillər Kollegiyasının üzvləri üçün “Saxlanmaya dair standartlar və məhkəmə zəmanətləri” mövzusunda təlim keçirilmişdir. Ədliyyə Akademiyasının binasında 3 gün davam edən təlimdə Vəkillər Kollegiyasının 35 üzvü iştirak etmişdir.

Təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin beynəlxalq ekspertləri iştirak etmiş, təlimə beynəlxalq hüquq sahəsindən, o cümlədən Azərbaycandan olan bir sıra qabaqcıl mütəxəssislər cəlb edilmiş, təlim interaktiv, yəni səhnələşdirilmiş məhkəmə formasında keçirilmişdir.