Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan vəkilləri İtaliyanın Kataniya şəhərində futbol turnirinin finalçısı oldular

16 dekabr 2022    1085 share share

“ASD Lex Kataniya” Vəkil Bürosunun prezidenti, italiyalı vəkil Domenico Di Mauronun 8-12 dekabr tarixlərində İtaliyanın Kataniya şəhərində təşkil etdiyi “Siciliya Kuboku 2022” adlı vəkillər arasında keçirilən beynəlxalq futbol turnirinə azərbaycanlı vəkillər də dəvət edilmişdi. Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşkilati dəstəyi ilə yığma komandamız da turnirə qatılmış və Siciliya Kubokunun tərkibində təşkil olunmuş “Coppa delli Ordine Avocatti” (Vəkillər Kollegiyaları Kuboku)-nun finalçısı olmuşlar.

Həmçinin, Vəkil Feyzulla Mehdiyevin təklifi ilə Azərbaycandan olan futbol hakimi Rahin Heybətov da qeyd olunan turnirdə iştirak etmək üçün təşkilatçılar tərəfindən razılıq almışdır. Rahin Heybətov da öz peşəkar hakimliyi ilə iştirak edən bütün ölkələrin böyük hörmətini qazanmış və turnirin qadınlar arası final oyunu da daxil olmaqla (İtaliya, Braziliya), turnirin əsas final oyununu da (Xorvatiya, İtaliya - professional qadın hakim Manuela Nicolasi ilə birlikdə) idarə edərək turnirin ən yaxşı hakimi seçilmiş, nəticə etibarilə bir çox ölkələrdə turnirlərə dəvət almışdır.

Beləliklə, vəkillərimizin turnirdə iştirak etdiyi oyunların nəticələri aşağıdakı kimi olmuşdur.

 

Qrup oyunları:

Azərbaycan 2:1 İtaliya, Kataniya Forense 2;

Azərbaycan 2:4 İtaliya, Messina;

Azərbaycan 4:4 İtaliya, Altra Lex;

Azərbaycan 4:7 Yunanıstan;

Vəkillər Kollegiyaları Kuboku (“Coppa delli Ordine Avoccatti Catania”)

Azərbaycan 3:1 İran, Mazandaran (yarım final “Coppa delli Ordine Avoccatti Catania”);

Azərbaycan 2:4 Polşa (final “Coppa delli Ordine Avoccatti Catania”).