Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib

29 dekabr 2022    1081 share share

27 dekabr 2022-ci il tarixində DİN-in Polis Akademiyasında elmi yaradıcılıq fəaliyyətinin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunan “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
Konfransda Vəkillər Kollegiyası sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov və Kollegiyanın üzvü Nardanə Fərzəliyeva tərəfindən təmsil olunmuşdur.
 
Tədbirdə eyni zamanda, Milli Məclisi sədrinin I müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Ombudsman Səbinə Əliyeva, daxili işlər nazirinin müavini İsmət Əliyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Türkiyə Respublikasının Təhlükəsizlik Elmləri İnstitutunun direktor müavini Mustafa Yayla, Belarus Respublikası DİN-in Mogilyov İnstitutunun rəisi Voleriy Poleşuk, Rusiya Federasiyası DİN-in Rostov Hüquq İnstitutunun rəis müavini Sergey Paxomov, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının rəisinin I müavini Elşad Nəsirov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Konstitusiya Məhkəməsinin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 20 ölkədaxili qurumdan 35 əməkdaş birbaşa, Türkiyə, Rusiya, Belarus və Qazaxıstanın 14 təhsil müəssisəsindən 18 əməkdaş onlayn formatda iştirak etmişdir.
 
Konfrans iştirakçıları ilk öncə Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, sonra konfrans zalında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilmişdir.
 
Tədbirdə açılış nitqlərindən sonra Konfransın mövzusu ətrafında yerli və xarici iştirakçıların təqdimatları, həmçinin Akademiyanın kursantlarının çıxışları dinlənilmişdir.
 
Konfransın yekununda insan hüquq və azadlıqlarının təmin olunmasının müasir və demokratik ölkələrin əsas hədəflərindən biri olduğu vurğulanmış, Bəyannamə oxunmuş, iştirakçılara konfrans materialları, “İnsan hüquqları” adlı dərs vəsaiti, sertifikatlar və hədiyyələr təqdim edilmişdir.