Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün inzibati prosesə dair seminar keçirilmişdir

04 iyun 2018    3650 share share

İyunun 1-də Bakı şəhərində yerləşən WinterPark mehmanxanasında vəkilliyə yeni qəbul olunmuş üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilmişdir.

25 nəfər vəkilin iştirak etdiyi seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilmişdir.

Bir gün davam edən seminar Vəkillər Kollegiyasının üzvü, GİZ-in eksperti Elçin Usub və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov tərəfindən aparılmış və inzibati prosesdə mübahisələndirmə barədə iddia və onun yoxlanılması, məcburetmə barədə iddia və onun yoxlanılması kimi mövzuları əhatə etmişdir.

Qeyd olunamlıdır ki, analoji seminarın cari ilin iyul ayının əvvəlində vəkillərin növbəti partiyası üçün keçirilməsi nəzərdə tutulmuşdur.