Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə ölkəmizdə yerləşən çoxsaylı idman mərkəzlərinə məhdudiyyətsiz giriş imkanı verən “Push30” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, vəkillər Bakı, Gəncə, Sumqayıt, Xırdalan və digər şəhərlərdə fəaliyyət göstərən xeyli sayda fitnes mərkəzinə limitsiz giriş imkanı əldə edirlər. Odur ki, bu imkanlardan yararlanmaq istəyən vəkillər müraciət edə bilərlər.
Qeyd edək ki, “Push30” şirkəti üzvlərinə bir abunəliklə çoxsaylı idman mərkəzlərinə məhdudiyyətsiz giriş imkanı verən korporativ fayda təminatçısıdır. Əsas məqsədi ölkədə idmana olan marağı artırmaq və bununla da bu sahəyə öz töhfəmizi verməkdir. ''Push30'' vasitəsilə Bakıda, Xırdalanda və Sumqayıtda yerləşən və ümumilikdə 90-dan çox olan idman mərkəzlərindən (fitnes, hovuz, pilates, aerobika, yoga və s.) limitsiz olaraq yararlanmaq mümkündür. Əsas üstünlüklər (bir abunəliklə):
- İdman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş)
- Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə)
- Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı
- Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı
- İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər.
Abunəlik planları:
- Standart plan (aylıq): 68 AZN
- Standart plan (illik): 653 AZN
- Plus plan (aylıq): 165 AZN
- Plus plan (illik): 1584 AZN
İllik qiymətlər 20% endirim ilə qeyd olunmuşdur.
“Push30” necə işləyir?
İlk növbədə istifadəçi telefon nömrəsi və korporativ e-mail ilə tətbiq üzərindən qeydiyyatı tamamladıqdan sonra seçdiyi plan üzrə müvafiq ödənişi etməklə abunə olmalıdır. İdman mərkəzinə daxil olduqda şəxsiyyət vəsiqəsini göstərməklə tətbiqdə yer alan QR kodu skan etdirərək xidmətdən istifadə etməyə başlaması mümkün olacaqdır.
Hazırda yalnız COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olan şəxslər idman mərkəzlərindən istifadə edə bilərlər.
Qeydiyyat prosesi:
Xidmətlərdən istifadə edə bilmək üçün ilk növbədə Push30 tətbiqini yükləmək lazımdır. Açılan məlumat xarakterli səhifədə “Növbəti” yazısına klikləyərək davam edə və ya sağ yuxarı küncdə yerləşən “Keç” yazısına klikləməklə bir başa qeydiyyat səhifəsinə keçə bilərsiniz.
Gizlilik Siyasəti səhifəsi açıldıqda isə aşağıda qeyd olunan “Qəbul et” işarəsini seçdikdən sonra “Qəbul et” düyməsini sıxmaq lazımdır.
1) Push30-a xoş gəldiniz səhifəsində “Telefon nömrəsi ilə davam edin” düyməsini sıxaraq qeydiyyatdan keçilməlidir. Telefon nömrəsinin bu şəkildə qeyd edilməsi xahiş olunur: 505553030 (nömrə şərtidir). Mobil nömrənin doğruluğunu yoxlamaq üçün 6 rəqəmli kod SMS vasitəsi ilə qeyd edilmiş nömrəyə göndəriləcəkdir. Kod 60 saniyə aktiv olacaqdır. (Əgər zaman aşımı olarsa yeni kod əldə et yazısına klikləyərək yeni kod əldə etmək olar).
2) Növbəti açılacaq pəncərədə “Zəhmət olmasa emailinizi daxil edin” yazısının altında tələb olunan xanaya korporativ e-mail daxil edilir və “Davam et” düyməsinə klikləndikdə qeyd olunan e-mail ünvanına 6 rəqəmli kod göndəriləcəkdir. Kodu müfaviq xanaya daxil edilməlidir.
3) Son mərhələdə “Zəhmət olmasa ad və soyadınızı daxil edin” yazısının altındakı xanada ad və soyad daxil edildikdən sonra “Yadda saxla” düyməsinə klikləyərək qeydiyyat prosesi tamamlanır. (Qeydiyyat bitdikdən sonra ekrana çıxacaq kiçik pəncərədə Allow While Using App seçdikdə idman mərkəzləri sizə yaxınlıq məsafəsinə görə ardıcılııqla düzüləcək.)
Abunəlik alışı:
Abunəlik əldə etmək üçün aşağıda qeyd olunan proses icra olunmalıdır:
1) Mobil tətbiqdə yerləşən Profil bölməsindən “Abunəlik planları” hissəsinə keçid edərək müvafiq abunəliyi seçib kart və ya nağd (ödəniş terminalları) formada ödəniş həyata keçirilə bilər.
2) Abunəlik aktivləşdirildikdən sonra tətbiqdə yer alan QR kod vasitəsilə abunəliyə daxil olan istənilən idman mərkəzinə limitsiz giriş təmin olunur.
Abunəliyin dayandırılması:
1) Abunəliyi dayandırmaq üçün Profil bölməsindən Abunəliklərim hissəsinə daxil olub aktiv abunəliyin altında qeyd olunan “Abunəliyi bitir” düyməsinə klikləmək lazımdır. Bu proses növbəti abunəlik yenilənmə tarixində aktivləşməni dayandıracaqdır.
Abunəliyi bitir düyməsi mövcud abunəliyi ləğv etmir. Abunəliyin istifadə müddəti bitənə qədər aktiv qalacaqdır.
“Push30” tətbiqinə şəxsi elektron poçt vasitəsilə qoşulmaq istəyən vəkillər Kollegiyanın üzvü Feyzi Mehdiyevlə əlaqə saxlaya bilərlər.
Tel: 055 277 76 66
E-mail: feyzulla.mehdiyev@barassociation.az