Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovla Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan arasında telefon danışığı olmuşdur.
Anar Bağırov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türk xalqına Azərbaycan vəkilləri adından başsağlığı diləklərini çatdırmışdır.
Sədr yaralıların tezliklə sağalmasını arzulamışdır.
Anar Bağırov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirmişdir və Vəkillər Kollegiyasının zəlzələdən zərər çəkmiş vəkillərə və onların ailə üzvlərinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Erinç Sağkan öz növbəsində bu həmrəyliyə və göstərilən dəstəyə görə Anar Bağırova təşəkkür etmişdir.