Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsinin keçirilməsini nəzərdə tutmuşdur.
Müsabiqənin məqsədi hüquq toplumuna məxsus şeir və hekayə çərçivəsində şəxsi əsərlərin qiymətləndirilməsi və yayımlanmağa dəyər qazanmış əsərlərin yayımlanmasından ibarətdir.
Mövzu
Müsabiqənin mövzusu vətənpərvərlik dəyərlərinin təbliğidir və əsərlər istənilən həcmdə ola bilər.
İştirak
Müsabiqədə vəkillərin, vəkillərin ailə üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə vəkillərinin iştirakı nəzərdə tutulur.
Xarici ölkə vəkilləri əsərlə birlikdə vəkil olmalarını təsdiq edən sənədin surətini pdf formatda göndərməlidirlər. Hər bir iştirakçı müsabiqəyə iki əsər göndərə bilər.
Əvvəllər yayımlanmış və ya hər hansı bir yarışmada mükafat qazanmış əsərlərin qəbulunda hər hansı bir məhdudiyyət yoxdur.
Əsərlərin təqdimi
Müsabiqəyə sadəcə elektron poçtla safarovpasha@gmail.com ünvanına göndərilən əsərlər qəbul ediləcəkdir.
İştirakçı əsərləri şəxsi ad və soyadı ilə, həmçinin bədii təxəllüsü ilə göndərə bilər. Zəruət yaranarsa, iştirakçıdan ixtisasını (vəzifəsini) və təhsilini təsdiq edən sənəd tələb oluna bilər.
Əsərlər A4 səhifəsində Word formatında, 12 ölçüdə və Times New Roman şrifti ilə yazılmalıdır.
İştirakçı ad və soyadını hər əsərin başlığında qeyd etməlidir.
Tarix
Müsabiqəyə əsər göndərmə müddəti 26 aprel 2023-cü il, saat 23:00-da bitir.
Mükafat
Müsabiqədə ilk 3 yeri qazanan şəxslərə hədiyyə və diplomlar təqdim ediləcək.
Digər
İştirakçı müsabiqəyə təqdim etdiyi əsərin tamamilə ona aid olduğunu bəyan etməlidir. Əks halda mükafat alan iştirakçılar əldə etdikləri mükafatı geri qaytarmalıdırlar.
Seçici qrup
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.
Əlaqə:
Telefon: (+994)55 680 70 67 (Paşa Səfərov)
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007