Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün növbəti onlayn ixtisasartırma təlimləri keçirilib

01 mart 2023    828 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 24 fevral 2023-cü il və 28 fevral 2023-cü il tarixlərində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada ixtisasartırma təlimləri keçirilib. 

"Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi – İşgəncələrin qadağan olunması" mövzusunda təlimi Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov keçib. 

Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva "Qadınların ədalət mühakiməsinə çatımlılığı" mövzusunda təlimçi kimi çıxış edib.

"İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış" mövzunda isə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev təlim keçib.  

Qeyd edək ki, təlimdə ümumilikdə 120 vəkil iştirak edib.