Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə Barolar Birliyi arasında əməkdaşlıq daha da güclənəcək

14 mart 2023    573 share share

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Vəkilər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin başqanı Erinç Sağkanla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə vəkilləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi, vəkillər üçün təlimlər, konfransların keçirilməsi məsələsi müzakirə olunub. 

Anar Bağırov Erinç Sağkanı cari ilin oktyabr ayında Azərbaycana səfərə dəvət edib. Sədr Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müstəqil vəkilliyin inkişafı ilə bağlı birgə konfransın keçirilməsini təklif edib. 

Anar Bağırov Azərbaycan və Türkiyə hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə də çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib. Görüdə “TÜRK-AV” çərçivəsində fəaliyyətin daha da gücləndirilməsi xüsusi vurğulanıb. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən Erinç Sağkan görüşdə səsləndirilən təkliflərin reallaşması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda xatirə şəkli çəkilib.