Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar ödənişsiz hüquqi yardım aksiyası keçirilib

16 mart 2023    578 share share

15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.

İki gün davam edən aksiya ölkənin dörd şəhərində - Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində təşkil edilib. Dövlət Xidməti və Vəkillər Kollegiyasının nümayəndələri istehlakçıların şikayət və təkliflərini dinləyib,  müvafiq hüquqi məsləhətlər verib və yazılı ərizələr tərtib ediblər.

Vətəndaşlara həmçinin istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib, bu hüquqlarının təmin edilməsində Dövlət Xidmətinin, məhkəmələrin və mərkəzi icra hakimiyyəti orqanlarının rolu izah olunub.