Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası açıq tender elan edir

28 mart 2023    1664 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən “Lənkəran şəhərində regional vəkil qurumunun fəaliyyəti üçün nəzərdə tutulan inzibati binanın tikintisi işləri”nin satın alınması üzrə açıq tender elan edilir.

Həmin elanı nəzərinizə çatdırırıq: 

I.Tender predmetinin adı: “Lənkəran şəhərində regional vəkil qurumunun fəaliyyəti üçün nəzərdə tutulan inzibati binanın tikintisi işləri”nin satın alınması

Tikinti aparılması nəzərdə tutulan ünvan: Lənkəran şəhəri, Ş.Axundov küçəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına inzibati binanın tikintisi məqsədilə ayrılmış topraq sahəsi

Tender iştirakçılarına (iddiaçılara, podratçılara) təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat qapalı zərflərdə yazılı surətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100) təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün iddiaçılar (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

II.İştirak haqqı və onun ödənilməsi

Tenderdə iştirak etmək istəyən iddiaçılar (podratçılar) iştirak haqqını tam məbləğdə aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanından ala bilərlər.

İştirak haqqının məbləği 600,00 (altı yüz) manatdır.

İştirak haqqı heç bir halda iddiaçıya geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri aşağıdakı kimidir:

Satınalan təşkilat: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti

Hesab:AZ56IBAZ38090019449331108204

Təşkilatın VOEN-i:1400546811

Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 32

Faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100

Bank: “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Mərkəzi filialı

Kod:805722

Bankın VOEN-i: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T BİK: IBAZAZ2X   

III.Satınalma (tender) üzrə maliyyə mənbəyi

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu hüquqi şəxsdir.

Satınalma Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəsaiti hesabına həyata keçiriləcəkdir.

 IV.Təqdim olunmalı sənədlər barədə

İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (müraciətdə iddiaçının tam adı, hüquqi statusu, hüquqi və faktiki ünvanı, qeydiyyata alındığı ölkə barədə məlumatlar qeyd olunmalı, habelə müraciət səlahiyyətli şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir);

2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (sənədin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

3) İddiaçının rekvizitləri (sənədin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

4) İddiaçının vergi orqanında qeydiyyata alınmasına dair və təsisçilərinin adları əks olunan dövlət reyestrindən çıxarışlarının; nizamnaməsinin (hüquqi şəxslər üçün); əgər təsisçi direktor deyilsə, direktorun təyin edilməsi barədə əmrin və əmək müqaviləsi bildirişinin və vergi uçotunda olduğunu təsdiq edən sənədin (VÖEN-nin) surəti (bütün sənədlər notarial qaydada təsdiq edilməlidir, əmrin surətinin notarial qaydada təsdiqinə zərurət yoxdur);

5) İddiaçının tikinti işlərinin həyata keçirilməsinə dair malik olduğu lisenziya və ya icazə sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;

6) İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından cari tarix üçün alınmalı və notarial qaydada təsdiq olunmalıdır);

7) İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Arayışlar (Yüklülüyün olmaması barədə arayış (məktub) müvafiq vergi orqanından cari tarix üçün alınmalı və notarial qaydada təsdiq olunmalı, digər arayış (məktub) isə Ədliyyə Nazirliyinin müvafiq icra və probasiya şöbəsindən cari tarix üçün alınmalı və notarial qaydada təsdiq olunmalıdır);

8) Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində direktorun, təsisçilərin və işçilərinin peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə cari tarixə Arayış (iddiaçı direktor, bütün təsisçilər və ən azı 3 işçi ilə bağlı Arayışları Daxili İşlər Nazirliyinin müvafiq qurumundan və ya ASAN Xidmət Mərkəzlərindən əldə edə bilər, həmin Arayışların əsli Vəkillər Kollegiyasına təqdim edilməlidir);

9) İddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə sənəd (iddiaçı bu barədə məktubu cari tarixə Dövlət Statistika Komitəsindən almalı və məktubun əslini təqdim etməlidir);

10) İddiaçının son 1 il 3 ay ərzindəki (01.01.2022-ci il tarixdən 01.04.2023-cü il tarixədək olan dövr üzrə) maliyyə vəziyyəti haqqında bank çıxarışı (Bank çıxarışının hər bir səhifəsinin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

11) İddiaçının 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatlarının (bəyannamələrinin) surətləri (bəyannamələrin surəti notarial qaydada təsdiq olunmalıdır);

12) İddiaçının məhkəmə, ədliyyə və müvafiq digər ictimai binaların tikintisində kifayət qədər təcrübəyə malik olmasını təsdiq edən sənədlərin surəti (iddiaçı sübut üçün ayrı-ayrı təşkilatlarla bağladığı satınalma müqavilələrinin surətini təqdim etməlidir, digər tərəflərin kommersiya sirrinin qorunması məqsədilə həmin müqavilələrdə qiymət hissələri çıxarıla (göstərilməyə) bilər);

13) İddiaçının işçi qüvvəsinə malik olması barədə sənədlər, habelə iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə məlumatlar (ən azı 5 işçi barədə əmək müqaviləsi bildirişlərinin surəti və müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır);

14) Tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər (tender təklifi, tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatları).

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (1 nüsxə əsli və 1 nüsxə surəti) təqdim edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və həmin tərcümə notarial qaydada təsdiq edilməlidir).

V.Sənədlərin təqdim edilməsi prosedurları və zərflərin açılması  

İddiaçılar tərəfindən sənədlər ikiqat qapalı, möhürlənmiş və imzalanmış zərfdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim  olunmalıdır. Yazılı müraciətlər və digər müşayiət məktubları qapalı zərflərə daxil edilmir və həmin müraciətlər (müşayiət məktubları) iddiaçılar tərəfindən qapalı zərfin üzərinə tikilir. Əks təqdirdə, satınalan təşkilat bununla bağlı məsuliyyət daşımır.

İddiaçılar bu Tender elanının IV hissəsinin 1-13-cü bəndlərində göstərilən bütün sənədləri 20.04.2023-cü il saat 15:00-a qədər, bu Tender elanın IV hissəsinin 14-cü bəndində göstərilən tender təklifini, tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarını isə 01.05.2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim etməlidirlər.

Yuxarıda göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 02.05.2023-cü il saat 15:00 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatında Vəkillər Kollegiyasının Tender Komissiyası tərəfindən açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Cəmilə Səfərli,

Telefon: 012-594-14-95, E-mail: jamila.safarli@barassociation.az

Vəkillər Kollegiyasının Tender Komissiyası