Azərbaycanda səfərdə olan Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri Ketevan Jeladze və Maia Meskhi martın 30-da Vəkillər Kollegiyasında olublar.
Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı təhsil müəssisələri və beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.
Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar ölkəmizə səfər etməkdən məmnun olduqlarını bildirib və Vəkillər Kollegiyası ilə əməkdaşlığın üstünlüklərindən danışıblar.
Bildirilib ki, SAL proqramı ilk il üzrə Gürcüstanda iki semestr davam edir. İki semestrlik proqramı bitirdikdən sonra, məzunlar Çikaqo-Kentdə hüquq üzrə magistr (LLM) təhsillərini davam etdirə bilərlər. Qeyd olunub ki, Çikaqo-Kent Hüquq Kolleci ABŞ üzrə məhkəmədə vəkillik sahəsində 7-ci, əqli mülkiyyət hüququ sahəsində 12-ci, hüquqi yazı sahəsində isə 39-cu yerdədir.
Sonra Amerika Hüquq Məktəbi ilə Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanıb.
Əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri müstəsna olaraq aşağıdakı güzəştləri əldə edirlər:
Daha sonra Çikaqo-Kent Hüquq Kollecində isə təqdim olunan güzəştlər:
Əlavə məlumat:
Müraciət edənlərin seçim meyarları:
Tələb olunan sənədlər:
Qeyd edək ki, fevral 2024 - dekabr 2024 semestri üzrə SAL proqramına müraciət üçün son tarix 2023-cü il dekabr ayının 23-ü olaraq müəyyənləşdirilmişdir.
Müraciət etmək istəyənlər tələb olunan sənədləri elektron (skan edilmiş) formatda saladmissions@kentlaw.iit.edu və admission@chicagokentlaw.ge elektron poçt ünvanlarına yönləndirilməli və ya onlayn qayda müraciət linki vasitəsilə qeydiyyatdan keçməlidir.
Əlavə olaraq, AR Vəkillər Kollegiyasının elektron poçt ünvanına (office@barassociation.az) məktub ünvanlayaraq müraciət barədə məlumat verməyiniz xahiş olunur. AR Vəkillər Kollegiyası müraciət edənlər tərəfindən məktubu aldıqdan sonra rəsmi qaydada SAL proqramının təsisçilərinə müvafiq məlumatı yönləndirəcək və müraciət edən vəkillər üçün təhsil haqqına güzəştlər tətbiq olunacaq.
Namizədlər üçün keçiriləcək hüquqi ingilis dili kurslar, xüsusi təlimlər və master-klaslar barədə əlavə məlumat veriləcəkdir.