Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra “Vəkil orderi və ondan istifadə qaydası haqqında” əsasnaməyə və “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əlavə və dəyişiklik edilməsi məsələsinə baxılıb. Təkliflər səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın Vəkillər Kollegiyası tərəfindən icrası üzrə 2023-cü il üçün iş planı təsdiq olunub.
Daha sonra başqa vəkil qurumlarına keçirilmə barədə müraciətlərə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
İclasda vəkillərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb, o cümlədən müalicə üçün vəkillərə maddi yardım göstərilməsi ilə bağlı qərar qəbul olunub.
Sonda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilib.