Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində “III Vəkil Şahmat” yarışması

15 aprel 2023    980 share share

Hörmətli vəkillər,

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq 6 və 7 may tarixlərində Şah Klub - Şahmat Klubunda “III Vəkil Şahmat” yarışması təşkil olunacaqdır.

Yarışmanın keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarətdir.

İki gün ərzində keçiriləcək yarışmada Vəkillər Kollegiyasının üzvləri iştirak etmək hüququna malikdirlər.
Yarışmada iştirak etmək istəyən vəkillərdən 27 aprel 2023-cü il tarixdən gec olmayaraq ad, soyad, ata adı və fəaliyyət göstərdikləri büronun adı barədə məlumatları aşağıdakı whastapp nömrəsinə göndərmələri xahiş olunur:

Tahir Əliyev: 050 376 99 37     
                     

6 may - oyunlar saat 15:00-da başlayacaqdır. (1-4 turlar).       

7 may - oyunlar saat 15:00-da başlayacaqdır. (5-7 turlar)
 

Yarışmada ilk 3 yeri qazanan hədiyyə, diplomlar, kuboklar və medallar təqdim ediləcək.

Birinci yer –  150 manat məbləğində hədiyyə kartı

İkinci yer   –  100 manat məbləğində hədiyyə kartı        

Üçüncü yer – 50 manat məbləğində hədiyyə kartı
 

Saatlar dəyişə bilər. Bu barədə iştirakçılara öncədən məlumat veriləcək.


Ünvan: Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzi.

Google xəritə üzərindən ünvan: https://goo.gl/maps/vPkvbuf3hErxw1N49