Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Qadın Vəkillər Alyansı “Heydər Əliyev ili” çərçivəsində Lənkəranda regional görüş keçirmişdir

18 aprel 2023    918 share share

17 aprel tarixində Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı Lənkəran şəhərində “Heydər Əliyev ili” çərçivəsində “Qadın hüquqlarının müdafiəsi” mövzusunda regional görüş keçirmişdir.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və Alyansın sədri Dilarə Əfrasiyabova
, Lənkəran şəhər İcra Hakimiyyəti Hüquq Şöbəsinin müdiri Emil Quliyev və Alyansın üzvləri çıxış etmiş, qadınların rastlaşdıqları problemlər ətrafında müzakirələr aparılmışdır. Görüş çərçivəsində erkən nikah, onun hüquqi aspektləri və praktik problemləri, məişət zorakılığı, yaranma səbəbləri və onunla mübarizə üsulları, narkomaniyaya qarşı mübarizə və cəmiyyəti narahat edən digər aktual məsələlər müzakirə edilmişdir.

Həmçinin, səfər çərçivəsində Qadın Vəkillər Alyansının üzvləri ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov arasında görüş keçirilmişdir.

Tədbirin sonunda vətəndaşların problemləri dinlənilmiş, mövzü ətrafında suallar cavablandırılmışdır.