Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Yeni proqram təminatı: Dövlət hesabına hüquqi yardım üzrə məhkəmə qərarlarının vəkil qurumları arasında elektron, insan faktoru olmadan, ədalətli və çevik bölgüsü təmin olunacaq - Video Təlimat

22 aprel 2023    1137 share share

Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarlarının mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatı yaradılmışdır. Yeni yaradılmış proqram təminatı vasitəsilə dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarların vəkil qurumları arasında elektron qaydada insan faktorundan asılı olmadan ədalətli və çevik bölgüsü təmin olunacaqdır.

               

03 mart 2023-cü il tarixdə dövlət hesabına hüquqi yardım göstərək vəkil bürolarının rəhbərlərinin iştirakı ilə qərarların mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatının təqdimat mərasimi keçirilmişdir. Həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06 aprel 2023-cü il tarixli iclasında proqram təminatı vsaitəsilə qərarların bölgüsünə 01 may 2023-cü il tarixdə başlanması qərara alınmışdır.

 

Video Təlimat :