Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa İnsan Hüquqları Konvensiyasının 3,4 və 5-ci maddələri üzrə təlimçilər üçün təlim - Açılış mərasimi

04 may 2023    615 share share

3 may 2023-cü il tarixində Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində İnsan hüquqları üzrə Avropa Konvensiyasının 3,5 və 6-cı maddələrinə dair təlimçilər üçün təlim keçirilmişdir.
 
Təlimin açılışında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Petr Zix, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, İnsan Hüquqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov iştirak etmişlər.
 
5 may 2023-cü il tarixinə qədər davam edəcək 3 günlük təlimlər Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz), Hüquq və İnsan haqları İnstitutu və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir. Təlimlərdə “Azərbaycan və İHAK”, “Konvensiya sistemi:təfsir prinsipləri. İHAK-a gender əsaslı yanaşma”, “Andraqogikaya giriş və böyüklər üçün tədrisin prinsipləri”, “İHAK-ın 3,5,6-cı maddələri haqqında məlumat”, “Azərbaycanla bağlı 3-cü maddə üzrə presedent hüququ”, “AŞ-ın HELP təlim platforması” və “İHAK üzrə məhkəmə tərəfindən əsaslandırmaya dair öhdəliklər” mövzuları üzrə ətraflı məlumatlar veriləcəkdir.