Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Estoniya Vəkillər Birliyinin nümayəndə heyəti Azərbaycana səfər edib

05 may 2023    749 share share

22-29 aprel tarixlərində Estoniya Vəkillər Birliyinin (Estonian Lawyers Union) nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
 
Səfər zamanı qonaqların Vəkillər Kollegiyasının, Milli Məclisin, Ali Məhkəmənin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşü keçirilmişdir.
 
Bu çərçivədə nümayəndə heyəti “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda da olublar. Burada məlumat verilib ki, 80-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanaraq, Vəkillər Kollegiyasının dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. Büroda yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.
 
Bundan başqa, vəkillik fəaliyyəti, o cümlədən büroda göstərilən hüquqi xidmətlər üzrə geniş müzakirələr aparılıb.
 
Daha sonra, nümayəndə heyəti Ali Məhkəməyə baş çəkərək, məhkəmənin inzibati binası, məhkəmənin arxivi, dəftərxanası və iclas zalları ilə tanış olublar. Bu zaman həmçinin Azərbaycan və Estoniyanın mövcud hüquq sisteminin və məhkəmə sisteminin tarixi, fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
 
Səfər çərçivəsində nümayəndə heyəti Yanar dağa, Atəşgah məbədinə, habelə Qəbələ və Qobustana səfərlər edərək Azərbaycan Respublikasının turizm infrastrukturu ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.