“Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, 6-7 may tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (AR VK) tərəfindən təşkil olunmuş “III Vəkil Şahmat” yarışması uğurla yekunlaşmışdır.
Yarışmanın keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarətdir.
Respublika üzrə yarışa 35 vəkil qatılmışdır.
İki gün ərzində keçən yarışmanın nəticəsində vəkil Elşən Səfərov 1-ci, vəkil Samir Hüseynzadə 2-ci, vəkil Camal Əliyev 3-cü yeri tutmuşlar.
AR VK Rəyasət Heyətinin qərarına əsasən, ilk 3 yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə kartları, müvafiq diplomlar və medallar AR VK sədr müavini, “İdmançı Vəkillər” fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunmuşdur.