Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AŞPA-nın nümayəndə heyəti ilə Vəkillər Kollegiyasında görüş keçirilmişdir

06 iyun 2023    698 share share

6 iyun 2023-cü il tarixində ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri cənab Yan Lidel-Qreyngerin və xanım Liz Kristofersen Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.
 
Kollegiyanın sədri cənab Anar Bağırov qonaqları salamlayaraq, Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Sədr son illərdə məhkəmə hüquq sahəsində, vəkillikdə aparılan mütərəqqi islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat vermişdir.
 
Sonra, Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov vəkillik  sahəsində aparılan uğurlu islahatlar, Kollegiya tərəfindən görülən çoxşaxəli işləri özündə əks etdirən geniş təqdimatla çıxış etmişdir.
 
Daha sonra cənab Yan Lidel-Qreyngerin və xanım Liz Kristofersen isə səmimi görüşə görə təşəkkürlərini bildirmiş, Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırmışlar.
 
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
 
Görüşdə, həmçinin AŞPA-nın Monitorinq komitəsinin katibi xanım Aynyaşka Szklanna, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Petr Zix, AR Vəkillər Kollegiyasının sədr müavini cənab Şahmar Məmmədov, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü cənab Elçin Usub, Aparat rəhbəri cənab Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri xanım Nərmin Abbasova iştirak etmişdir.