Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Heydər Əliyev İli” İlə əlaqədar növbəti pulsuz hüquqi yardım aksiyaları keçirilmişdir

12 iyun 2023    1011 share share

10 iyun 2023-cü il tarixində "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində pulsuz hüquqi yardım aksiyaları davam etdirilib.

Aksiya ilə əlaqədar Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına səfər edərək, orada 20-dən çox vətəndaşa hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunmuşdur

Həmçinin, Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən də “Açıq qapı” günü təşkil edilmişdir. Müraciət edən 15 nəfər şəxsə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Bundan başqa, Şəki Regional Vəkil Bürosu və Şəki-Zaqatala Regional Mədəniyyət Idarəsinin birgə təşkilatçılığı Ilə "Insan hüquqları və qeyri-rəsmi məşğulluqla mübarizə tədbirləri" mövzusunda tədbir keçirilmişdir.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, diplom təsdiqi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olmuşdur.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar  Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.