Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputatın təşəbbüsü ilə Sabirabadda pulsuz hüquqi yardım aksiyası keçirilib

14 iyun 2023    839 share share

10.05.2023-cü il tarixində Milli Qurtuluş Günü münasibətilə Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi, “Pro Bono” Vəkil Bürosunun vəkilləri tərəfindən YAP Sabirabad rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Görüşdə 24 vətəndaşın 26 müraciətinə baxılmışdır. Baxılmış müraciətlərlə bağlı şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
 
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.