Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 16 iyun 2023-cü il tarixində “Müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul, xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorlarının qiymətləndirilməsi metodları” və “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması” mövzularında Vəkillər Kollegiyasının üzvləri üçün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində təlim keçirilmişdir.
“Müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul, xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorlarının qiymətləndirilməsi metodları” və “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması” mövzularında əyani qaydada keçirilmiş təlimdə Maliyyə Monitorinqi Mərkəzinin əməkdaşı Ayaz Şahbazi təlimçi qismində iştirak etmişdir.
Təlimin sonunda Ayaz Şahbazi iştirakçıları maraqlandıran sualları cavablandırmış, qarşılıqlı müzakirələr aparılmışdır.