Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Beynəlxalq Konfransda təmsil olunub

21 iyun 2023    854 share share

15-16 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində, Varşava Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "Müasir Vəkillər Kollegiyası: Yeni "LegalTech" Çağırışları - Avropada "LegalTech" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da bu tədbirdə "Biznes hüququ" və "Elektron Vəkillik" Komitələrinin üzvü İlham Hüseynov tərəfindən təmsil etmişdir.

Tədbir çərçivəsində texnoloji inkişaf dövründə Vəkilliyin inkişafı, süni intellektin Vəkillik fəaliyyətində tətbiqi, Vəkil və hüquqşünasların müasir tələblərə uyğunlaşması, hüquq departamentlərinin digital transformasiyası və əlaqəli məsələlər barədə çıxışlar və müzakirələr olmuşdur.

Eyni zamanda, İlham Hüseynovla Varşava Vəkillər Kollegiyasının Prezidenti xanım Monika Calkiewicz arasında görüş keçirilmiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmiş və Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından hədiyyələr təqdim edilərək xatirə şəkli çəkilmişdir.