Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Vəkillər Kollegiyasının üzvləri üçün 21-22 iyun 2023-cü il tarixlərində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində növbəti təlim keçirilmişdir.
“Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda əyani qaydada keçirilmiş təlimlərdə Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov təlimçi qismində iştirak etmişdir.
2 yarımgünlük təlimlərdə 20 nəfər vəkil iştirak etmişdir.