Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilmişdir.
13 iyun 2023-cü il tarixində “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev;
16 iyun 2023-cü il tarixində “Müsadirə-cinayət hüquqi tədbir kimi ” mövzusu üzrə əyani qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Anar Məmişov;
22 iyun 2023-cü il tarixində “ Terrorçuluğun maliyyələşdirilməsi əməlinin tövsifi əsasları ” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev təlimçi qismində iştirak etmişlər.
Ümumilikdə, təlimlərdə 51 nəfər vəkil iştirak etmişdir.