Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin məlumatı

03 iyul 2023    1291 share share

Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin

M Ə L U M A T I
 
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda vəkilin qayınatasıyla birlikdə qonşusunu döyməsi haqqında məlumat yayılmışdır.
 
Bununla bağlı Vəkillər Kollegiyası qeyd etmək istəyir ki, yayılan məlumatda adıçəkilən Məharət Hüseynli adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.
 
Həmçinin Vəkillər Kollegiyası bildirir ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.
 
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik.