Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Uşaqyönümlü hüquqi yardım" mövzusunda təlim keçirilmişdir.

04 iyul 2023    637 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Vəkillər Kollegiyasının üzvləri üçün 04 iyul 2023-cü il tarixlərində “SOS Uşaq Kəndləri- Azərbaycan” assosiasiyasının Gəncə şəhər ofisinin təlim zalında təlim keçirilmişdir.
 
“Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda əyani qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov təlimçi qismində iştirak etmişdir.
 
1 günlük təlimdə Gəncə şəhər 1 saylı vəkil bürosunun, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak etmişlər.
 
Təlimdə ümumilikdə 18 vəkil iştirak etmişdir.