Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

06 iyul 2023    1672 share share

06.07.2023-cü il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılmış və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən  Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilmişdir.
 
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunmuş və Komitənin Əsasnaməsi qəbul edilmişdir.
 
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılmış, müsbət qərarlar verilmişdir.
 
Bundan başqa, iclas çərçivəsində vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunmuş.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.