Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol liqası keçirilmişdir.
9 komandanın, ümumilikdə 90-dən artıq vəkilin iştirak etdiyi, 1 dövrədən ibarət olan çempionata 13 may 2023-cü il tarixində start verilmiş və 15 iyul 2023-cü il tarixində yekun vurulmuşdur.
15 iyul tarixində keçirilən çempionluğu həll edən, gərgin və maraqlı keçən turnirin son oyununda Şuşa komandası Barrister komandası üzərində 3-2 hesabı ilə qalib gələrək 4-cü VFL-nin qalibi olmuş, 2-ci yeri Barrister, 3-cü yeri isə "Lawyers United" komandaları tutmuşdur.
Turnirin ən yaxşı oyunçusu və bombardiri adına Şuşa komandasının üzvü İsmayıl Babayev, turnirin ən yaxşı qapıçısı adına isə İnter komandasının qolkiperi Samir Mirzəyev seçilmişdir.
Yekunda fəxri yerləri tutmuş komandalar və oyunçular AR Vəkillər Kollegiyasının sədrinin müavini, İdmançı Vəkillər Fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov və turnirin təşkilatçıları tərəfindən təktif edilmişlər.